Azedu.az

17 yaşlı şagird hündürlükdən yıxılaraq həlak olub

Şagirdlər

20 Aprel 2026, 09:10
17 yaşlı şagird hündürlükdən yıxılaraq həlak olub

Türkiyənin Malatya şəhərində praktika keçən məktəbli bədbəxt hadisə nəticəsində həyatını itirib.

AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, 17 yaşlı şagird təcrübə keçdiyi tikinti sahəsində hündür mərtəbəyə qalxdıqdan sonra ehtiyatsızlıqdan yıxılıb.

Ağır xəsarətlər alan yeniyetmə dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata əsasən, şagird tikinti sahəsində istifadə olunan aləti götürmək üçün yuxarı qalxıb. Faktla bağlı araşdırma aparılır.

 

TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox