Azedu.az

Lisey yataqxanasında yanğın: 46 şagird təxliyə edildi

Şagirdlər

19 Aprel 2026, 10:17
Lisey yataqxanasında yanğın: 46 şagird təxliyə edildi

Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda yerləşən liseyin yataqxanasında yanğın baş verib.

AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə,  hadisə zamanı yataqxanada qalan 46 şagird təhlükəsizlik məqsədilə dərhal təxliyə olunub.

Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğın qısa müddətdə nəzarət altına alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan yoxdur. Yanğının başvermə səbəbləri araşdırılır.

Müəllimlərin üzərinə bu qədər düşməyin sonu heç yaxşı görünmür -TƏHSİLDƏ SOS
Son xəbərlərDaha çox