Bu gün 9 mart tarixində keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
15 mart tarixində imtahan verən şagirdlər arasında isə belə bir sual yaranıb: bizim imtahanın nəticələri nə vaxt açıqlanacaq?
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, 15 mart tarixində keçirilmiş imtahanın nəticələri bu ayın sonuna kimi elan olunacaq.
Qeyd edək ki, 9 mart buraxılış imtahanında maksimum nəticə göstərənlərin sayı 3 nəfər olub.