Kahramanmaraşda məktəbdə baş verən silahlı hücumdan sağ çıxan 5-ci sinif şagirdi Fatma İkra Çam hadisə günü yaşadığı dəhşəti danışıb.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum zamanı sinifdə partanın altında gizləndiyini deyən şagird, atəş açıldığı anda dostunun özünü ona sipər edərək həyatını xilas etdiyini bildirib.
Yaralı dostunun hazırda vəziyyətinin yaxşı olduğunu qeyd edib.
Şagirdin sözlərinə görə, hücumçu sinifə daxil olarkən atəş açmağa başlayıb və sinifimizə girib “qaçışınız yoxdur” ifadəsini işlədib.
Hadisənin davamında sağ qalmaq üçün pəncərədən tullandığını deyən qız, “İki nəfərin tullandığını gördüm, mən də xilas olmaq üçün tullandım. Üçüncü mən idim” sözləri ilə o anları xatırlayıb. Pəncərədən tullandıqdan sonra ayağından yaralandığını, lakin hadisə yerindən uzaqlaşdırıldığını bildirib.
Hadisədən sonra psixoloji olaraq çox çətin günlər keçirdiyini vurğulayan şagird, məktəbə və hətta evə getməkdən qorxduğunu, hazırda yaxınlarının yanında qaldığını söyləyib. O, yalnız psixoloji olaraq özünü daha yaxşı hiss edəndən sonra məktəbə qayıda biləcəyini bildirib.