Azedu.az

Məktəbə hücumla bağlı mesajlar: şagird saxlanıldı

Şagirdlər

16 Aprel 2026, 10:19
Məktəbə hücumla bağlı mesajlar: şagird saxlanıldı

Zonguldakda lisey şagirdi B.T.A.-nın "WhatsApp" qrupunda məktəb yoldaşlarına ünvanladığı şantaj xarakterli mesajlar polis əməliyyatı ilə nəticələnib.

AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Fener Anadolu Liseyində təhsil alan şagird sinif yoldaşlarının olduğu "WhatsApp" qrupunda məktəbdə hücum edəcəyi ilə bağlı mesajlar yazıb və şantaj xarakterli görüntülər paylaşıb.

Paylaşımlar şagirdlər və valideynlər arasında narahatlıq yaradıb.

Daxil olan məlumat əsasında Zonguldak Baş Prokurorluğunun göstərişi ilə polis hərəkətə keçib və şagirdin evinə əməliyyat keçirilib. Axtarış zamanı onun otağında 6 ədəd kurusıkı tapança (boş atəşli silah) gülləsi aşkar edilib.

Şagird Polis Uşaq Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində aparılan ilkin araşdırmada daha əvvəl təhsil aldığı məktəbdən intizam pozuntusu səbəbilə uzaqlaşdırıldığı da müəyyən edilib.

B.T.A. ifadəsində mesajları zarafat məqsədilə yazdığını, tapılan kurusıkı güllələrini isə kənddən xatirə kimi gətirdiyini bildirib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Türkiyədə şok yaşanır - Silahlar işə düşdü
Son xəbərlərDaha çox