https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2019-01-16 15:30:00
Novruz Məmmədov təhsil müəssisələrilə bağlı sərəncam verdi

Baş nazir Novruz Məmmədov Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb.

AzEdu.az xəbər verir ki, sərəncamda baş nazir bildirir ki, Azərbaycan Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatını və Təhsil Nazirliyinin təklifini nəzərə alaraq hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınsın. 

Təhsil Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı lazımi tədbirlər görsün. Bu sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının rəhbərinə həvalə edilsin.

Qeyd edək ki, sərəncam imzalandığı gündən qüvvəyə minir.