Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-15 09:15:00
Azərbaycanda Bilik Fondu ləğv edildi  

Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

AzEdu.az xəbər verir ki, fərmanın imzalanmasında məqsəd Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir.

Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ləğv edilir.

Xatırladaq ki, Prezident yanında Bilik Fondu Azərbaycan Prezidentinin fərmanı ilə 7 may 2014-cü il tarixində yaradılmışdı. 
Fondun yaradılmasında məqsəd elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması idi.
 Bilik Fondunun işçilərinin say həddi 20 ştat vahidi müəyyən edilmişdi.

Prezident yanında Bilik Fondunun icraçı direktoru pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədov idi.