Azedu.az

Rektorlardan 8 Mart sürprizi: Qadın Əməkdaşlara bu qədər pul VERİLƏCƏK

Rektorlar

7 Mart 2026, 11:13
Rektorlardan 8 Mart sürprizi: Qadın Əməkdaşlara bu qədər pul VERİLƏCƏK

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın bir sıra ali təhsil müəssisələrində qadın əməkdaşlara pul mükafatı təqdim edilib.

AzEdu.az "Azərbaycan Universitetləri"-nə istinadən xəbər verir ki, Bakı Ali Neft Məktəbi əməkdaşlarına 300 manat, Azərbaycan Dövlət İqtisad Universiteti  və Azərbaycan Texniki Universiteti əməkdaşlarına 150 manat, Mingəçevir Dövlət Universiteti qadın işçilərinə də 150 manat mükafat verilib.

Həmçinin, Naxçıvan Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı qadın əməkdaşları üçün 100 manat məbləğində pul mükafatı təqdim olunub.

Qərarlar universitet rektorlarının imzaladığı əmrlərə əsasən həyata keçirilib.

ABŞ xüsusi təyinatlıları İran girdi - Q*anlı döyüşlər başladı
Son xəbərlərDaha çox