Azedu.az

Məktəblilərin ifasında “Danışan kukla” tamaşası

Orta təhsil

14 Yanvar 2019, 20:26
Məktəblilərin ifasında “Danışan kukla” tamaşası

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc aktyorlar” dərnəyinin rəhbəri Xanım İsmayılova Azərbaycanın görkəmli şairi və dramaturqu Abdulla Şaiqin “Danışan kukla” pyesini tamaşaya qoyub. Təhsil Nazirliyindən AzEdu.az –a verilən məlumata görə, tədbirin əvvəlində Abdulla Şaiqin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş olunub. Sonra gənc aktyorlar hazırladıqları tamaşanı nümayiş etdiriblər.

 

Tədbirdə Abdulla Şaiqin ev muzeyinin direktoru və yazıçının nəvəsi Ülkər Talıbzadə, Azərbaycan Dövlət Teatr Muzeyinin şöbə müdiri Mətanət Dadaşova, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları və “ARB Günəş” televiziya kanalının əməkdaşları iştirak ediblər.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox