Azedu.az

31 Mart Soyqırımına həsr olunan inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

30 Mart 2018, 16:31
31 Mart Soyqırımına həsr olunan inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Martın 30-da Masallı şəhərindəki Gənclər Mərkəzində rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən və Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş inşa-yazı müsabiqəsinin qalibləri məlum olub.

AzEDU AZƏRTAC-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Təhsil Şöbəsinin metodisti Əkbər Mahmudov, şəhər 2 nömrəli tam orta məktəbi müəllimi Şakir Xəlilov, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Aybəniz Həsənova çıxışlarında ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən danışıblar.

Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. Münsiflər heyətinin qərarına əsasən inşa-yazı müsabiqəsində Banbaşı kənd tam orta məktəbin IX sinif şagirdi Nərmin Qədməliyeva birinci, şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Hüseyn Seyfullayev ikinci, şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Fatimə Həsənova üçüncü yerə layiq görülüblər.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox