![](https://azedu.az/uploads/news/2019/01/azedu.az_719258_939.jpg)
Finlandiya hakimiyyəti 1 milyon nəfəri (ölkənin yaşlı əhalisinin təxminən 25 faizi) süni intellekt və kompüter təlimi bacarıqlarına öyrətməyi planlaşdırır.
AzEdu.az xəbər verir ki, 2019-cu il ərzində Finlandiyada süni intellekt texnologiyalarının inkişafı strategiyası çərçivəsində 55 min nəfər və ya ölkə əhalisinin 1 faizi sistemlə işin əsaslarına yiyələnəcək.
Məlumata görə, 2018-ci ildə 6 min nəfər Helsinki Universitetində keçirilən biraylıq pulsuz "Elements of AI" kursu çərçivəsində süni intellektlə işləmək bacarığını mənimsəyib. Təlim çərçivəsində bütün arzu edənlər süni intellektin iş prinsipi ilə tanış ola və kompüter təliminin fəaliyyətini anlaya bilər. Proqramın təsvirində qeyd olunur ki, tələbələrdən kursu keçmək üçün əsas proqramlaşdırma biliklərinə malik olmaları tələb edilmir.
Bildirilir ki, indiyədək 250 Finlandiya şirkəti süni intellektlə işləmək bacarığına yiyələnmək üçün bütün əməkdaşları kurslarda iştiraka göndərəcəyini bəyan edib. Finlandiya hakimiyyəti nümayəndələrinin fikrincə, süni intellekt və kompüter təlimi prinsiplərinin geniş şəkildə öyrədilməsi ölkədə innovasiyaların inkişafını sürətləndirməyə imkan verəcək və əhaliyə diqqəti müasir texnologiyalara yönəltməyə kömək edəcək.
Fin və ya ingilis dilində tədris edilən "Elements of AI" kurslarında hamı iştirak edə bilər.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)