Azedu.az

5 ildə 593 qızın ali təhsilinə dəstək verilib

Maraqlı

24 İyun 2026, 17:09
5 ildə 593 qızın ali təhsilinə dəstək verilib

“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində son 5 il ərzində yüzlərlə qızın ali təhsil almasına dəstək göstərilib.

AzEdu.az xəbər verir ki, bunu “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinin “II Məzun Günü - 2026” tədbirində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Komitə sədri qeyd edib ki, layihənin həyata keçirildiyi 5 il ərzində ümumilikdə 593 qızın təhsilinə dəstək verilib:

“Bunlardan 239 nəfəri Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək təqaüd proqramının iştirakçısı olub. Təqaüdçülər ölkənin 60-dan artıq regionunu və 31 ali təhsil müəssisəsini təmsil edirlər”.

B.Muradova bildirib ki, layihə artıq təkcə təqaüd proqramı deyil, müxtəlif istiqamətləri özündə birləşdirən geniş inkişaf platformasına çevrilib.

O, həmçinin qeyd edib ki, hazırda proqram iştirakçıları arasında Qarabağ Universitetində təhsil alan 10 tələbə də var.

“Bu gün fəxrlə deyə bilərik ki, layihənin iştirakçıları sırasında Qarabağ Universitetində təhsil alan qızlarımız da yer alır. Bu bizim üçün xüsusi qürur mənbəyidir”, - deyə komitə sədri əlavə edib.

Aytac Şirinzadə

Rusiyada səfərbərlik başlayır! Azərbaycanlılara kritik xəbərdarlıq
Son xəbərlərDaha çox