Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-30 12:03:12
Sınaqda iştirak edəcək abituriyentlərin sayı azalıb - SON RƏQƏM

Dövlət İmtahan Mərkəzi  I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 1-də keçirəcəyi sınaq imtahanlarında 23579 abituriyent qeydiyyatdan keçib.

DİM-dən AzEDU-ya verilən məlumaya görə, 2017-2018-ci tədris ilində isə bu göstərici 24584 abituriyent təşkil edib. Nəticə etibarilə iştirakçı sayında 1005 nəfər azalma var.

Qeyd edək ki,  DİM aprelin 1-də respublikanın 18 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İmişli, Şirvan, Lənkəran, Masallı, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 49 binada təşkil olunacaq.  Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.

Nəzrin Rüstəmova