Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-30 09:12:32
“Ən yaxşı təqdimat” edən şagirdlər müəyyənləşdi - FOTOLAR

Paytaxtda məktəblilər arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEDU-a bildiriblər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında təşkil edilən müsabiqənin əsas məqsədi Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.

Müsabiqənin şəhər mərhələsində 40 məktəblinin təqdimatı dinlənilib.

Münsiflər heyətinin rəyinə əsasən, 12 təqdimat müəllifi apreldə keçiriləcək müsabiqənin ölkə mərhələsində iştirak hüququ qazanıb.

“Ən yaxşı təqdimat” müsabiqəsində qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı və ifadəliliyi, söz ehtiyatının zənginliyi, Ulu Öndərin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu göstərməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyənləşdirilmiş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılır.

001-30.03.2018-5.jpg

001-30.03.2018-3.jpg

001-30.03.2018-2.jpg