Azedu.az

Bəxtiyar Vahabzadə yurdunda MDU-nun sədası...

Xəbərlər

Universitetlər

20 Dekabr 2025, 09:17
Bəxtiyar Vahabzadə yurdunda MDU-nun sədası...

Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı, “Techera Academy” MMC-nin dəstəyi ilə Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə yurdunda Mingəçevir Dövlət Universiteti sədası” adlı ədəbi-bədii tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, Şəki şəhər Heydər Əliyev Mərkəzində reallaşdırılan tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP-ın Şəki şəhər Təşkilatının, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, AYB-nin Şəki bölməsinin üzvləri, Şəki şəhər Məhkəməsinin hakimi Pərvanə Məmmədova, Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, UNEC-in Zaqatala filialının, ADPU-nun Şəki filialının və MDU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbə və magistrantlar, eləcə də Şəki-Zaqatala regionunun ümumi təhsil məktəblərindən olan şagirdlər iştirak ediblər.

Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin, Xalq şairi Bəxtiyar Vahabzadənin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca süni intellekt texnologiyaları əsasında hazırlanmış Bəxtiyar Vahabzadənin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında, milli kimlik və vətənpərvərlik düşüncəsinin formalaşmasında müstəsna xidmətlərindən bəhs edib. Rektor qeyd edib ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı təkcə ədəbi irs deyil, eyni zamanda, milli yaddaş, azadlıq ideyası və mənəvi bütövlüyün ifadəsidir. Anar Eminov bu irsin gənc nəslə aşılanmasının ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri olduğunu vurğulayaraq, Mingəçevir Dövlət Universitetində milli-mənəvi dəyərlərin təbliği istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

UNEC-in Zaqatala filialının direktoru Raqif Qasımov, ADPU-nun Şəki filialının direktor müavini Gülnarə Abdullayeva, Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, AMEA-nın Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, Milli Məclisin Toponimika Komissiyasının üzvü Elçin İsmayılov-Muradxanlı və Mədəniyyət müəssisələri iş sektorunun müdiri Elvin Qarayev çıxış ediblər. Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan milli düşüncəsinin formalaşmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində oynadığı müstəsna rol, onun zəngin ədəbi irsinin elmi, ədəbi və mədəni aspektləri geniş şəkildə təhlil olunub.

Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə Mingəçevir Dövlət Universitetinin əməkdaş və tələbələrinin, eləcə də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdlərinin ifasında Xalq şairi Bəxtiyar Vahabzadənin vətənpərvərlik ruhunda yazılmış şeirləri səsləndirilib, onun yaradıcılığının ideya-məzmun dərinliyini əks etdirən musiqi nömrələri və ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbir bədii formatda Bəxtiyar Vahabzadənin ev-muzeyində davam etdirilib. Tədbir iştirakçıları Xalq şairinin zəngin həyat və yaradıcılıq yolunu əks etdirən eksponatlarla yaxından tanış olub, Bəxtiyar Vahabzadənin yaşadığı mənəvi mühitin ab-havasını hiss ediblər. Universitetin tələbələrinin ifasında Bəxtiyar Vahabzadənin şeirləri səsləndirilərək tədbirə xüsusi rəng qataraq yubiley proqramını daha yaddaqalan edib.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox