XƏBƏRLƏR

08.12.2018 14:38
Tibb kolleclərinə qəbul necə aparılacaq? - RƏSMİ

Gələn il keçiriləcək buraxılış imtahanlarında bəzi məqamlar abituriyentlər üçün aktuallığını qorumaqda davam edir.

Ən çox maraq doğuran məsələlərdən biri də orta təhsil müəssisələrinə, xüsusilə də Tibb kolleclərinə qəbul qaydaları ilə bağlıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, Respublikada fəaliyyət göstərən Tibb kolleclərinə 9 illik bazada qəbul aparılmır. Yalnız XI sinifdə təhsil alan abituriyentlər və əvvəlki ilin məzunları Tibb kollecinə daxil ola bilmək üçün müsabiqədə iştirak edə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına qəbul yenə də buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. Əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verəcəklər.

Qeyd edək ki, V qrup üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçən abituriyentlərin hamısı, əvvəlki illərdə olduğu kimi, qabiliyyət imtahanı da verəcəklər.

IX siniflər üzrə buraxılış imtahanlarının birinci mərhələsinin mart, ikinci mərhələsinin isə iyunda keçirilməsi nəzərdə tutulub. XI siniflər üzrə isə bu imtahanlar apreldə keçiriləcək.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları