XƏBƏRLƏR

28.01.2020 09:13
Təhsilin inkişafında bərabər start

Finlandiyada yeni proqramın tətbiqinə başlanılır

Finlandiyada təhsildə bərabərsizliyin aradan qaldırılmasına yönəldilmiş proqramın tətbiqinə başlanılır.

Ölkənin Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan  "Oxumaq hüququ – təhsilin inkişafı yolunda bərabər start" proqramı 2020– 2021 -ci illərdə əsasən məktəbəqədər  təhsil sahəsində bərabərsizliyin ləğvi, savadlılıq  səviyyəsinin artımı, tədrisin və aşağı ictimai-iqtisadi statuslu ailələrdən olan şagirdlər üçün ümumi maariflənmənin əldə olunmasında əlyetərliyin  təmin edilməsini  nəzərdə tutub.

Proqram iki istiqamətə bölünüb – ümumi maariflənmənin və məktəbəqədər təhsilin inkişafına  dəstək. Proqramın reallaşdırılmasına federal büdcədən  305 milyon avro (180 və 125 milyon) ayrılmışdır.

Layihənin əsas məqsədi – təhsil sahəsində regional bərabərsizliyin inkişafının qarşısını almaqdır.

Proqram, həmçinin monitorinq və təhsil müəssisələrinin davamiyyətini, peşəkar hazırlığı,  müəllimlər üçün ixtisasın artırılması təminatının yaxşılaşdırılmasını özündə ehtiva edir.

Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)