Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-27 12:09:00
Təhsil naziri Çin və Elazığdakı tələbələrlə bağlı narahatlığa aydınlıq gətirdi

“Çin hökumətinə 50-dən artıq ölkə vətəndaşlarının çıxarılması ilə bağlı müraciət edilib”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov  Təhsil Nazirliyinin 2019-cu ilin yekunları, 2020-ci ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.

Ceyhun Bayramov Türkiyənin Elazığ və Malatya bölgəsində baş verən zəlzələ haqdisəsinə də toxunub. Bildirib ki, bu məsələ Prezidentin nəzarətinə götürülüb:

"102 tələbəmiz Naxçıvandan Bakıya gətirilib. Təhsil Nazirliyi olaraq qarşılama, psixoloji yardım, dəstək istiqamətdə işlər görülür. Şükür ki, bu prosesdən heç bir azərbaycanlı tələbə xəsarət almadı".

Təhsil naziri bildirib ki, Çində olan koronavirusla bağlı tətbiq edilən karantinə gəlincə isə, bununla bağlı Çin Xarici İşlər Nazirliyindəki Azərbaycan səfirliyi ilə əlaqə saxlayırıq:

“7 tələbəmiz o ərazidə təhsil alır.  Çinə giriş-çıxış məhdudlaşdırılıb. Həmin tələbələrlə əlaqələrimiz var. Çin hökumətinə 50-dən artıq ölkə vətəndaşlarının çıxarılması ilə bağlı müraciət edilib. Bu gün bununla bağlı iclas keçiriləcək  və hansı addımların planlaşdırılması məlum olacaq. Öz tərəfimizdən qeyd edim ki, bu məsələləri diqqətdə saxlayırıq. Ümumilikdə 500 nəfərə qədər azərbaycanlı tələbə Çin Xalq Respublikasında təhsil alır. Ölkəmizdə oxuyan çinli tələbələrlə bağlı isə problem və ciddi narahatliq yoxdur”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları