Azedu.az

Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı

Ali təhsil

17 İyun 2026, 12:34
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı

 

Bakı şəhəri Yasamal rayonu Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbin 10 “A” sinif şagirdi Səmra Samir qızı Əhmədova beynəlxalq səviyyəli nüfuzlu bilik yarışında böyük uğura imza atıb.

AzEdu.az xəbər verir ki, Səmra Əhmədova dünyanın müxtəlif ölkələrindən minlərlə məktəblinin iştirak etdiyi HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasında yüksək nəticə göstərərək qızıl medala layiq görülüb. Səmranın əldə etdiyi bu uğur onun ingilis dili sahəsində yüksək hazırlığının, məqsədyönlü fəaliyyətinin və davamlı zəhmətinin nəticəsidir. Şagird olimpiadanın müxtəlif mərhələlərində uğurla çıxış edərək rəqiblərini geridə qoyub və yekun nəticələrə əsasən qızıl medal qazanmağa nail olub.

Bu uğur həmçinin Azərbaycanın gənc nəslinin beynəlxalq bilik yarışlarında rəqabətqabiliyyətli olduğunu bir daha nümayiş etdirir. Səmra Əhmədovanın qazandığı qızıl medal digər məktəblilər üçün də motivasiya mənbəyi olmaqla yanaşı, ölkəmizin təhsil sahəsində əldə etdiyi nailiyyətlərin davamlı xarakter daşıdığını göstərir.

Qeyd edək ki, HIPPO Beynəlxalq İngilis Dili Olimpiadası 6-19 yaşlı məktəblilər üçün təşkil edilir və ingilis dili biliklərinin, oxuyub-anlama, qrammatika, leksika və kommunikasiya bacarıqlarının qiymətləndirildiyi ən nüfuzlu beynəlxalq müsabiqələrdən biri hesab olunur. Olimpiada hər il onlarla ölkədən məktəbliləri bir araya gətirərək onların bilik və bacarıqlarını beynəlxalq səviyyədə sınamaq imkanı yaradır.

Paşinyan Bakının düşmənlərini həbs etdirəcək - Köçəryana ağır zərbə
Son xəbərlərDaha çox