Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 14:35:00
Gədəbəy kəndləri təhsil menecerinə səs verəcəklər

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd İbrahimov Rahib Müseyib oğlunun təbliğat-təşviqat kampanyası çərçivəsində Gədəbəy rayonunun Novo-İvanovka və Çobankənd  kəndlərində seçicilərlə görüşü baş tutub. Çox yüksək səviyyədə baş tutan görüşdə çox sayda seçici iştirak edib. Görüşdə namizəd 104 saylı Gədəbəy-Tovuz seçki dairəsində seçki öncəsi  fəallığın çox yüksək səviyyədə olduğuna görə sakinlərə təşəkkür edib. Görüşdən razılığını ifadə edən sakinlər Rahib Müseyib oğlu İbrahimova seçkidə səs verəcəklərini bildiriblər. Sonda xatirə fotosu çəkilməklə bu kəndlərdəki görüşlərə yekun vurulub.

Qeyd edək ki,  İbrahimov Rahib Müseyib oğlunun seçicilərlə növbəti görüşləri İsalı, Zamanlı, Çay Rəsullu, Düz Rəsullu kəndlərində baş tutacaq.