Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-14 16:12:00
IX siniflər üzrə sınaq buraxılış imtahanı keçirilib

Dekabrın 14-də Şəki rayon ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üçün buraxılış imtahanlarına hazırlıq məqsədilə mərkəzləşmiş sınaq imtahanı keçirilib.

AzEdu.az xəbər verir ki, imtahanda bütün rayon ümumtəhsil məktəblərindən 2060 şagird iştirak edib. Onlar Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərinin hər birindən 30 olmaqla, ümumilikdə 90 sualı 180 dəqiqə ərzində cavablandırıblar. Sınaq imtahanı buraxılış imtahanlarının ikinci mərhələsinin formatına uyğun olaraq hazırlanıb. 10:30-da başlanan imtahan, 13:30-da yekunlaşıb.

Qeyd edək ki, imtahan Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib və cavab kartlarının yoxlanması Nazirlik tərəfindən həyata keçiriləcəkdir.