Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-07 13:32:00
Summativ qiymətləri jurnala necə yazılmalıdır?-Müəllimlərin səhvi

Ötən tədris ilində qiymətləndirilmə qaydalarına edilən dəyişiklər müəllimlərdə xeyli suallar yaratdı.

Orta ümumtəhsil müəssisələrində yarımil sonu yaxınlaşdığına görə bəzi məsələlər indi də aktuallığını saxlayır.

Hazırda müəllimləri maraqlandıran məqamlardan biri də summativ qiymətlərinin jurnalda necə yazılmasıdır.

AzEdu.az məlumat verir ki, bu barədə məlumatlar təhsilalanların attestasiyası qaydalarında əks olunub. Qaydalara əsasən, Kiçik Summativ Qiymətləndirə üçün jurnalın sağ, yəni mövzular yazılan səhifədə bir qrafa ayrılır və orada Kiçik Summativ Qiymətləndirmə yazılır.

Sol, yəni qiymətlər yazılan səhifəsində isə iki qrafa ayrılır. Hər iki qrafaya eyni tarix yazılır. Birinci qrafaya bal, ikinciyə isə ona uyğun qiymət yazılır.

Şagirdin topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:

30-dək olan ballar “2” qiyməti ilə;

30-dan 60-dək olan ballar “3” qiyməti ilə;

60-dan 80-dək olan ballar “4” qiyməti ilə;

80-dən 100-dək olan ballar “5” qiyməti ilə.

Böyük summativ qiymətləndirmə üçün də sağ səhifədə bir, solda isə iki qrafa ayrılır. Birində bal, digərində isə qiymət qeyd edilir.

Xatırladaq ki, yeni qiymətləndirmə qaydalarına əsasən, I sinif istisna olmaqla bütün siniflər üzrə KSQ keçirilir.

BSQ IV, IX və XI siniflərində bütün fənlər üzrə, V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə aparılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları