Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-05 15:08:00
Azərbaycan Gənclər Fondu iki təhsil proqramı həyata keçirir

“Gənclər Fondu iki təhsil proqramı həyata keçirir. Bunlardan biri xaricdə təhsillə bağlıdır. İlk dəfə olaraq bu il proqram müsabiqə əsasında təşkil olunub".

AzEdu.az-ın məlumatına görə, bunu Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, nəticədə 47 gəncin Avropa və ABŞ-ın ali təhsil müəssisələrində maliyyələşdirilməsinə qərar verilib: "Bu proqramın davam etdirilməsi nəzərdə tutulur. Hazırda proqramın şərtləri ilə bağlı tərəfdaş qurumlarla, xüsusilə Təhsil Nazirliyilə əməkdaşlıq edirik. Növbəti il üçün aktual olacaq ixtisas istiqamətlərinin siyahısı digər qurumlarla məsləhətləşmə əsasında hazırlanır".