Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 16:41:00
Buraxılış imtahanı formatında ənənəvi sınaq keçiriləcək? - CAVAB

Noyabrın 25-dən “otk.az” portalı vasitəsilə yeni onlayn sınaq imtahanlarına start veriləcək.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, abituriyentlərOtk.az” portalında qeydiyyatdan keçib istənilən vaxt “buraxılış” formatında onlayn imtahan verə bilərlər.

Abituriyentlərin marağında olan digər vacib məsələ sözügedən sınağın bu il ənənəvi qaydada təşkil olunub-olunmayacağı ilə bağlıdır.

Buraxılış imtahanları qəbul imtahanlarının I mərhələsi hesab olunduğundan abituriyentlərin əksəriyyəti ənənəvi qaydada sınağın keçirilməsinin tərəfdarıdır.

DİM-dən verilən məlumatda bildirilib ki, hələlik imtahan və tədbirlərin qrafikləri təsdiqlənmədiyi üçün buraxılış imtahanları üzrə ənənəvi qaydada sınağın təşkil olunub-olunmayacağı dəqiq məlum deyil.

Xatırladaq ki, cari ildə bu formatda yalnız onlayn imtahanlar təşkil olunmuşdu.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları