XƏBƏRLƏR

14.11.2019 09:10
Rusiyada kollecdə atışma olub, ölənlər var

Rusiyanın Blaqoveşensk şəhərində yerləşən kollecdə baş verən atışma nəticəsində iki nəfər həlak olub, daha üç nəfər yaralanıb.

AzEdu.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Amur vilayəti üzrə İdarəsindən bildirilib.

Məlumata əsasən, polisə naməlum şəxs tərəfindən yaxınlıqdakı kollecdə atəş açıldığı çatdırılıb.

Hadisə yerinə gələn polislər ikinci mərtəbədə silahla olan bir gənci görüblər. O, hüquq-mühafizə orqanların əməkdaşlarına tərəf bir neçə dəfə atəş açıb, nəticədə polis cavab atəşi açıb:

"Hadisə yerində iki gəncin, o cümlədən atəş açanın cəsədləri tapılıb. İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər yaralanıb". (Trend)

İlin gənc müəllimi-Müraciət formu