XƏBƏRLƏR

29.10.2019 12:57
Məktəbəqədər təhsil üçün özəl bağçaları seçənlərin sayı artıb - Statistika

Özəl uşaq bağçalarında təhsil alanların sayı artıb.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət  Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində qeyd olunub.

Məcmuədə qeyd olunan göstəricilərə əsasən, 2018-2019-cu tədris ilində ölkədə 124 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. 2018-ci ildə onların sayı 105, 2016-cı ildə isə 66 olub. Ən az özəl məktəbəqədər təhsil müəssisəsi isə 2004-cü ildəqeydə alınıb. Həmin ildə ölkə ərazisində 3 məktəbəqədər müəssisə mövcud olub.

2019-cu ildə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin 60-ı uşaq bağçası, 64-ü isə körpələr evi olub.

Göstəricilərdən məlum olum olur ki, özəl məktəbəqədər təhsil müəssisələrinə müraciət ednlərin sayı ötən illərlə müqayisədə artıb. 2019-cu ildə özəl məktəbəqədər təhsil müəssisələrində 4 927 uşaq təhsil alıb. Ötən il bu say 3838, 2016-cı ildə isə 2397 olub.

2410 uşaq sırf özəl uşaq bağçasında təhsil alıb. 2018-ci ildə isə bu göstərici 1909 idi.

Qeyd edək ki, məcmuədə dövlət və özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı müxtəlif statistikalar əks olunub.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu