Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-20 11:14:00
Qəbul imtahanlarında ən yüksək bal toplayanlar bu qrupun abituriyentləridir

2018-ci ildə respublikanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 72.260 abituriyent iştirak edib.

Azedu.az xəbər verir ki, bu barədə "Abituriyent" jrunalının 12-ci sayında bildirilib.

Onlardan 3128 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Onlar respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edir. Yüksək nəticə göstərənlər I qrupda 880, II qrupda 554, III qrupda 951, IV qrupda 743 nəfərdir. 29 nəfər isə maksimal nəticə (700 bal) göstərib.

Onların 13-ü I qrupun, 3-ü II qrupun, 8-i III qrupun, 5-i isə IV qrupun abituriyentləridir.