Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-10 18:03:43
Müəllim məktəbdə necə ölüb?  - “Ürəyini tutaraq, yerə yıxıldı....” - RƏSMİ

Ağsu rayonunda müəllim dərs zamanı ölüb. Hadisə Ağsu şəhər 4 saylı tam orta məktəbində baş verib. Mediada hadisənin dərs zamanı baş verdiyi bildirilib.

AzEdu.az məsələni dəqiqləşdirmək məqsədilə Ağsu Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb.  Şöbə müdiri Səttar Əliabbasov bildirib ki, mediada soyadı fərqli qeyd edilsə də, vəfat edən müəllim 61 yaşlı texnologiya müəllimi Rəhilə Hüseynovadır:

“Hadisə ilk dərsdən sonra tənəffüs başlayanda baş verib . Müəllim  ürəyini tutub, müvazinətini itirərək yerə yıxılıb. Həkimlər infarkt diaqnozu qoyublar. Təcili tibbi yardım çağırılıb. Rəhilə xanım xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

Hadisə sinifdə baş verdiyinə görə, hər şey şagirdlərin gözü qarşısında olub. Müəllimin əsəbiləşməsi, gərginlik keçirməsi kimi hal baş verməyib.

Məktəb direktorunun dediyinə görə, Rəhilə xanım savadlı müəllim, qabiliyyətli insan olub”.

Qeyd edək ki, Rəhilə Hüseynova 87 saylı Ağsu-İsmayıllı Dairə Seçki Komissiyasının üzvü olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları