Azedu.az

Gürcüstanda Azərbaycandilli məktəblərin sayı açıqlandı

Orta təhsil

12 Sentyabr 2019, 14:05
Gürcüstanda Azərbaycandilli məktəblərin sayı açıqlandı

Gürcüstanda tədrisi Azərbaycan dillində aparılan məktəblərin ümumi sayı 120 təşkil edir.

AzEdu.az xəbər verir ki, bu barədə “Report”a Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu məktəblərdən 80-i Azərbaycandillidir. Yerdə qalan 40 məktəbdə isə Azərbaycan bölməsi fəaliyyət göstərir.

İllik müqayisədə Gürcüstanın ictimai məktəblərində Azərbaycan bölmələrinin sayı artıb. Belə ki, Mərkəzin ötən il təqdim etdiyi məlumata görə Azərbaycan bölmələrinin sayı 38 təşkil edib.

Rusiyada DƏHŞƏTLİ OLAY - Çoxlu Ö"LÜ və yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox