Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-12 15:37:29
Gözləntilərin bir araya yığışdığı təhsil konfransı – Müəllim ümidinin videosu  

Sentyabrın 11-də Bakıda təhsil işçilərinin respublika konfransı keçirilib.

 "Bilgəh Beach" oteldə keçirilən  tədbirdə Təhsil naziri Ceyhun Bayramov, deputatlar, ali məktəblərin rektorları, rayon (şəhər) təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfransda ötən tədris ilinin yekunları müzakirə edilib.2019-2020-ci dərs ilinin prioritet istiqamətləri, qarşıda duran hədəflər yerli təhsili idarəetmə orqanlarının, ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin və təhsil ictimaiyyətinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, sentyabrın 2-dən 6-dən respublikanın müxtəlif rayon və şəhərlərində təhsil işçilərinin sentyabr konfransları keçirilib. Sentyabr konfranslarında ötən tədris ilinin yekunları və yeni tədris ilinin prioritet istiqamətləri təhsil işçiləri ilə geniş müzakirə edilib, görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlar verilib.

AzEdu.az konfransdan videoreportajı təqdim edir:

Şükufə Süleymanlı
Müəllifin digər yazıları