Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-10 11:25:00
Peşə təhsili müəssisələrinə qeydiyyat bu gün başa çatır

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsində uğur qazanmış namizədlərin qeydiyyat prosesi bu gün başa çatır.

AzEdu.az xəbər verir ki,  ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkli və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeydiyyatdan keçməyənlər qəbul olunduqları ixtisasdan imtina etmiş hesab olunacaqlar. 

Qeyd edək ki, sənəd qəbulunun ikinci mərhələsində  3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.