Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-07 16:37:00
Koreya təhsil standartları əsasında yaradılan peşə təhsili mərkəzinə qəbul olunanların nəzərinə

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılmış peşə təhsili mərkəzinə 2019-2020-ci tədris ili üzrə sənəd qəbulunun ikinci mərhələsindən uğurla keçənlərin qeydiyyatı davam edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, ikinci turda ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər sentyabrın 10-dək təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) peşə təhsil mərkəzinə təqdim etməlidirlər.

Xatırladaq ki, Koreya təhsil standartları əsasında yaradılmış peşə təhsili mərkəzinə sənəd qəbulunun ikinci turu avqustun 28-dən sentyabrın 5-dək davam edib.

Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilib. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə olub. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılıb.