XƏBƏRLƏR

04.09.2019 10:49
Komitə sədri xaricdə təhsil müsabiqəsinin qalibləri ilə görüşdü - FOTOLAR

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb.

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirak ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində görüş keçirilib. Qalib gəncləri təbrik edən və onlara uğurlar arzulayan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasəti barədə məlumat verib. Gəncləri təbrik edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkənin inkişafı, diaspor hərəkatının güclənməsi, Azərbaycan diasporunun yol xəritəsi, gənclərin bu sahədə rolu və xüsusilə xaricdə təhsil alan gənclərimizin diaspor fəaliyyətinə verəcəyi töhfələrlə bağlı fikirlərini diqqətə çatdırıb. Daha sonra qonaqlar diaspor gənclərinin suallarına cavab veriblər, fikir mübadiləsi aparılıb.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu