Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-25 14:11:00
Diş həkimlərindən xəbərdarlıq: Şirniyyat evləri məktəblərdən uzaqda tikilsin

İngiltərədə diş həkimləri uşaqlardakı diş çürümələrinin qarşısını almaq üçün məktəblərin şirniyyat evlərindən uzaqda yerləşməsi təklifini irəli sürüblər.

Araşdırmaya görə, son 3 il ərzində diş çürüməsi diaqnozu ilə  10 yaşdan kiçik minlərlə uşaq xəstəxanalara müraciət edib.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, professor Michel Escudier uşaqlar arasındakı diş çürümə  səviyyəsinin və müraciət göstəricilərinin təhlükəli olduğunu bildirib.  

Diş qulluğu haqda yetərli biliklərin verilməsinin zəruriliyini qeyd edən professor bu sahədə xüsusilə məktəblərdə maarifləndirmə işlərinin vacibliyindən söz açıb:

“Bunlar sadəcə süd dişləridir deyib məsələnin üstündən keçmək sonradan çıxacaq dişlər üçün də təhlükə yaradacaq. Süd dişləri sağlam dişlərin güzgüsüdür. Bu dişdə olan problem digərində də özünü göstərəcək”.