XƏBƏRLƏR

20.08.2019 15:04
Bərdə məktəblilərindən rekord nəticə: 600-dən çox şagird tələbə adını qazandı

2018-2019-cu tədris ilində Bərdə rayonun  XI sinfində 1183 nəfər şagird təhsil alıb.

Bərdə Rayon Təhsil Şöbəsindən AzEdu.az-a verilən məlumata əsasən, imtahanlarda  1148 nəfər iştirak edib. Həmin 1148 nəfərdən 3-ü qızıl, 2-si  gümüş medala layiq görülüb. Onlardan 26-sı fərqlənmə, 1119 nəfəri isə adi nümunəli attestast alıb.

Qızıl medala Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyi XI sinif məzunu  Həsənli Şəbnəm Xaliq qızı, Bərdə şəhər şəhid Alı adına 5 nömrəli tam orta məktəbin XI sinif məzunu Muradov Təhmin Hidayət oğlu və  Bərdə şəhər S.Behbudov adına 6 nömrəli tam orta məktəbin XI sinif məzunu Məcidzadə Mirdamət Rəhim oğlu layiq görülüb.

Gümüş medala Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin XI sinif məzunu  Yusifli Pünar Səbutər qızı və Şahvəlilər kənd tam orta məktəbin XI sinif məzunu  Əmirov Teymur Çingiz  oğlu layiq görülüb.

Şəhər 5 nömrəli tam orta məktəbin məzunu Muradov Təhmin Hidayət oğlu 695 bal toplayaraq ən yüksək balla Azərbaycan Tibb Unversitetinin Müalicə işi ixtisasına respublika birincisi olaraq ödənişsiz əsasla qəbul olunub.O,  Prezident təqaüdçüsü olacaq.

Attestat alanlardan 1148 nəfərdən  810-u  I-V qruplar üzrə ali məktəblərə qəbul üçün sənəd verib ki, onlardan 608 nəfəri qəbul olunub. Sənəd verənlərdən 115 nəfəri 500-dən yuxarı bal toplayıb. Onlardan 35 nəfəri 600-dən, 80 nəfəri  500-dən yuxarı nəticə göstərib.Ümumilikdə bu il ali məktəbə qəbul olunanların sayı 608 (ötən il 533) nəfər olub. Boş qalan yerlər üçün qəbul gözlənilir.

Ali məktəbə sənəd verən 810 nəfər məzundan V ixtisas qrupları üzrə orta ixtisas məktəblərinə 163 nəfər qəbul olunub.

Rayonun tarixində birinci dəfədir ki, ən çox qəbul Azərbaycan Tibb Unversitetinə (25 nəfər)  olub. 

Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyi bitirən 108 məzundan 105 nəfəri ali məktəblərə sənəd verib, onlardan 81 nəfəri qəbul olunub, 13 nəfər 500 baldan, 9 nəfər isə 600-dən yuxarı bal toplayıb.

Bərdə şəhər 8 nömrəli tam orta məktəbi bitirən 52 məzundan 52 nəfəri ali məktəblərə sənəd verib, onlardan 37 nəfəri qəbul olunub. 6 nəfər 500 baldan, 5 nəfər isə 600-dən yuxarı bal toplayıb.

Bərdə şəhər 8 nömrəli tam orta məktəbinin məzunları bu il rekord göstərici qazanıblar. Belə ki, məzunların bir çoxu Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Onlardan biri - Fidan Quluzadə 677 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub. Həmçinin bir sinifi bitirən 27 şagirdin hamısı tələbə adını qazanıblar.

11 B sinfinin sinif rəhbəri və riyaziyyat müəllimi İfadə Həmidova da bu nəticəni gözlədiklərini diqqətə çatdırıb. Bildirib ki, humanitar təmayüllü sinifdə 27 şagird təhsil alıb. Şagirdlərin hamısı tələbə adını qazanaraq respublikanın nüfuzlu ali təhsil müəssisələrinə daxil olub.

Bərdə şəhər 3 nömrəli tam orta məktəbi bitirən 40 məzundan 31 nəfəri ali məktəblərə sənəd verib, onlardan 28 nəfəri qəbul olunub. 4 nəfər 500 baldan, 2 nəfər isə 600-dən yuxarı bal toplayıb.

Bərdə şəhər 7 nömrəli tam orta məktəbi bitirən 40 məzundan 26 nəfəri ali məktəblərə sənəd verib, onlardan 23 nəfəri qəbul olunub. 6 nəfər 500 -dən yuxarı bal toplayıb.

Şükufə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu