XƏBƏRLƏR

19.08.2019 10:13
Azərbaycan bölməsi üzrə plan yerləri artırılıb, lakin- Universitetlərdə qəribə ziddiyyət  

“Ötən illə müqayisədə Azərbaycan bölməsi üzrə 719 plan yeri artırılıb, rus bölməsi üzrə isə 338 yer azaldılıb”. 

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elçin Əfəndi deyib. Onun sözlərinə görə, ötən il tam orta (11 illik) ixtisas təhsili müəssisələrinə qəbul üzrə 11.981 plan yeri ayrılıb: 

“Bu yerlərdən 9184 yer Azərbaycan, 2797 yer isə rus bölməsinə aid idi. 

Bu il isə ümumi 12362 plan yeri ayrılıb ki, bunlardan da 9903 yer Azərbaycan, 2459 yer isə rus bölməsinə aiddir. 

Hal-hazırda 13 mindən çox abituriyent ixtisas seçimini təsdiq edib. Onlardan 12 mindən çoxu Azərbaycan bölməsinin, 400-dən çoxu  isə rus bölməsinin abituriyentləridir”.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu