Rumıniyada 2026-cı il üçün ən yaşlı abituriyent Təbiət Elmləri Universitetinə qəbul olmaq üçün müraciət edən 87 yaşlı Viorel Pintilesku olub.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, 1939-cu il təvəllüdlü təqaüdçü Kənd Təsərrüfatı Elmləri Fakültəsində biologiya ixtisası üzrə təhsil almağı planlaşdırır.
87 yaşlı abituriyent bildirib ki, ömrü boyu öyrənməyə maraq göstərib və universitetdə oxumaq onun uzun illər arzusunda olduğu bir addımdır. Onun sözlərinə görə, insan hər yaşda yeni biliklər qazanmağa davam etməlidir.
Pîntilesku illər əvvəl hərbi xidmətdə olub, daha sonra təxminən 40 il radio və televizor təmiri ilə məşğul olub. İndi isə yeni bir sahədə - biologiya üzrə biliklərini artırmaq istəyir.