Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-09 16:14:00
Mingəçevir Dövlət Universitetinin rektoru:“Hədəfimiz buranı paytaxt universitetləri səviyyəsinə qaldırmaqdır” –ÖZƏL

Prezident  İlham Əliyevin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə Şahin Bayramov təyin edilib.

AzEdu.az əməkdaşı yeni rektor vəzifəsinə təyin olunan  İqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramovun MDU-dakı əsas hədəfləri və idarəçiliklə bağlı strategiyaları haqqında fikirlərini öyrənib:

Rektor açıqlamasına öncə  təyinatı ilə bağlı təəssüratlarını bölüşməklə başlayıb:

“Fürsətdən istifadə edərək, şəxsimə yüksək etimad göstərərək məni Mingəçevir Dövlət Universitetinin rektoru təyin etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm!  

Rektor olaraq, əsas hədəfim ölkə başçısı tərəfindən qarşımıza qoyulan tapşırıq və vəzifələri layiqincə yerinə yetirməklə, regionda yerləşən ali təhsil müəssisəsini paytaxt universitetləri səviyyəsinə qaldırmaqdan ibarətdir. Bu hədəfə çatmaq üçün müasir və çevik universitet idarəetmə texnologiyalarından istifadə etməyi nəzərdə tuturuq”.

Şahin Bayramov Mingəçevir Dövlət Universitetində əsas diqqət göstərəcəyi məsələlər haqqında da danışıb:

“Real və potensial imkanlar nəzərə alınmaqla, Mingəçevir Dövlət Universitetinin hərtərəfli inkişaf etdirilməsi üçün tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, infrastrukturun gücləndirilməsi, əməkdaşların maddi rifahının yaxşılaşdırılması, yerli və xarici universitetlərlə əlaqələrin genişləndirilməsi və digər vacib məsələlərə xüsusi diqqət yetirəcəyik. Bu məqsədlə, professor-müəllim və tələbə heyətinin hər bir üzvünün potensialından istifadəni, innovativ tədris və təlim metodlarının tətbiqini, universitetin idarə edilməsində tələbələrin fəal iştirakını, ictimai nəzarətin təmin olunmasını və digər zəruri addımların atılmasını nəzərdə tuturuq”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları