Azedu.az

Dənizdə batan 16 yaşlı gəncin meyiti tapıldı

Hadisə

8 İyul 2026, 10:40
Dənizdə batan 16 yaşlı gəncin meyiti tapıldı

İyulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan gəncin meyiti tapılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun meyiti batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib.

Türkiyədə Trampdan şok qərar - İrana ağır zərbə endirin!
Son xəbərlərDaha çox