XƏBƏRLƏR

22.07.2019 12:00
Hazırlıq kurslarına getmədən xarici dili  mükəmməl səviyyədə necə öyrənmək olar?  

Hazırda bir çox gəncin arzusu hər hansı xarici dili mükəmməl səviyyədə bilməkdir.

İndi təkcə yeniyetmə və gənclərin deyil, hətta orta nəslin nümayəndələrinin də ingilis, fransız, alman, ispan, rus və digər Avropa dillərini öyrənməyə can atdığını müşahidə edirik.

Qlobal dünyada isə İngilis dilinə ehtiyac çoxdur. Dünyada bir çox ölkələrin rəsmi dövlət dili ingilis dilidir. Elə buna görə də gənclərimizin əksəriyyəti ingilis dilini mükəmməl səviyyədə öyrənmək üçün can atırlar.

Dünyanın hər yerində dil tədrisi ilə məşğul olsan saysız-hesabsız mərkəz və kurslar fəaliyyət göstərir. Lakin maddiyyat baxımından hər kəs bu kimi mərkəzlərə gedib, dil öyrənə bilmir.

 “Dil kurslarına getmədən də, xarici dili mükəmməl səviyyədə bilmək mümkündür”.

Bu sözləri AzEdu.az-a IELTS müəllimi  Tofiq Hüseynli deyib. O bildirib ki, xarici dili öyrənmək üçün milyonlarla metod mövcuddur:

“Xarici dil öyrənmək istəyənlər dil biliyinin müxtəlif səviyyələrində olan kitablardan istifadə edə bilərlər. Xüsusilə də ingilis dilini mükəmməl öyrənmək üçün 6 səviyyəni bilmək lazımdır. Bunlar isə “Beginner”, “Elemantary ”, “Pre–intermediate”, “İntermediate”, “Upper – intermediate level”, “Advanced ” səviyyələrindən ibarətdir. “Beginner” ən aşağı səviyyə hesab olunur. Yəni, ingilis dilindən anlayışı olmayan və və qismən bilənlər “Beginner” səviyyəsinə malik olurlar.  Ümumiyyətlə, ingilis dili öyrənmək üçün “Beginner”, “Elemantary ”, “Pre–intermediate”, “İntermediate”, səviyyələrindən başlamaq mümkündür.

İngilis dilini  sərbəst formada öyrənmək istəyənlərə tövsiyəm budur ki, 4 səviyyədən ibarət  "Mindset" kitabını əldə etsinlər. Çünki həmin kitab vasitəsilə hazırlıq kurslarına getmədən də ingilis dilini öyrənmək mümkündür.  "Mindset" kitabı "foundation"dan başlayır və 3 növə bölünür.Həmçinin, "Mindset" kitabını oxuyaraq IELTS imtahanına hazırlaşıb yüksək nəticə göstərmək mümkündür. “Mindset” kitabının “foundation” bölümü vasitəsilə ingilis dilin öyrənərək, baza yaratmaq mümkündür”.

Tofiq Hüseynli hazırlıq kurslarına getmədən ingilis dilinin öyrənməyin sirlərini də bizimlə bölüşüb:

“İngilis  dilini öyrənmək istəyənlər “Breaking News English ”saytına daxil olaraq müəyyən məqalələr oxusunlar. Həmin məqalələr isə dərslik formatında da  verilir.  Həmçinin, ingilis dilini öyrənmək istəyənlər üçün saytda yetərli səviyyədə çalışmalar da mövcuddur.

 Onu da bildirim ki, ingiliscə olan film və serialları izləməklə də ingilis dilini öyrənmək mümkündür. Ümumiyyətlə, xarici dili öyrənmək üçün  hər gün xarici dildə dinləmə etmək lazımdır. Çünki dinləmə  vasitəsilə danışığı inkişaf etdirmək mümkündür. Çoxları düşünür ki, yalnız İngiltərəyə getməklə ingilis dilini mükəmməl səviyyədə öyrənmək olar. Amma bu kimi fikirlər tamamilə yanlışdır. Çünki  Azərbaycanı  tərk etməyib, ingilis dilini kifayət qədər mükəmməl bilənlər var. Hətta elə insanlar var ki, xaricə getsə belə ingilis dilini yaxşı bilmir. Çünki ingilis dilini bilən insanla mütəmadi olaraq  danışmadıqda dili inkişaf etdirmək mümkün deyil. Məhz ona görə də sosial şəbəkələrdə ingilislərlə və ya ingilis dilini bilən insanlarla mütəmadi olaraq ünsiyyətdə olmaq lazımdır. Həmçinin evdə olduğunuz müddətdə ingilis dilində olan sözlərdən istifadə edərək dil biliyini təkmilləşdirmək olar. Əslində dil öyrənməkdə heç bir çətinlik yoxdur. Yanaşma düzgün olarsa, xarici dili öyrənmək asandır”.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu