XƏBƏRLƏR

10.06.2019 15:12
Azərbaycan Universitetində kafedraya Böyük Britaniyalı professor rəhbərlik edəcək  

Azərbaycan Universiteti Maliyyə və iqtisadiyyat kafedrasının yeni müdiri prof. Paul Gibbs inzibati heyətə təqdim olunub.

AzEdu.az xəbər verir ki, Prof. Paul Gibbs bundan əvvəl Böyük Britaniyanın London şəhərində yerləşən Middlesex Universitetinin professoru olub.

Yeni kafedra müdiri təqdimatın ardından rektor Səadət Əliyevanın qəbulunda olub. Qəbulda prof. Paul Gibbs kafedranın inkişafı ilə bağlı platformasını rektora təqdim edib. Görüşdə Maliyyə və iqtisadiyyat kafedrası tərəfindən tədris olunan ixtisasların tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması, tədris prosesinin bu sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla təşkil olunması, akademik imkanların gücləndirilməsi, kafedranın əməkdaşlarının beynəlxalq layihələrdə iştirakı və digər bu kimi məsələlər müzakirə olunub.

Qeyd edək ki, Paul Gibbs kafedranın professoru kimi də fəaliyyət göstərəcək.

İlin gənc müəllimi-Müraciət formu