XƏBƏRLƏR

10.02.2019 10:14
Sabah magistraturaya sənəd qəbulu başa çatır

Magistratura imtahanında iştirak etmək üçün ümumilikdə 9827  nəfər ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, bu dəqiqələrə olan göstəricilərə əsasən, Azərbaycan bölməsi üzrə ərizəsini təsdiq edənlərin sayı 8934  nəfərdir. Bu say rus bölməsi üzrə 893 nəfər təşkil edir.

Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu fevralın 11-dək davam edəcək.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları