Azedu.az

Peşə təhsilinə 5 yeni ixtisas əlavə edildi

Peşə təhsili

23 İyul 2026, 11:15
Peşə təhsilinə 5 yeni ixtisas əlavə edildi

"Peşə təhsilində 5 yeni ixtisas üzrə qəbul aparılacaq".

AzEdu.az xəbər verir ki, bu barədə Peşə Təhsil üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media nümayəndələri üçün keçirilən brifinqdə məlumat verib.

2026/2027-ci tədris ilindən etibarən peşə təhsili müəssisələrində yeni ixtisaslar üzrə qəbul həyata keçiriləcək.

Yeni qəbul aparılacaq ixtisaslar arasında geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru və çörək ustası ixtisasları yer alır.

Geodeziya və kartoqrafiya ixtisası üzrə 20 plan yeri ayrılıb və bu istiqamətdə qəbul 1 peşə təhsili müəssisəsində yüksək texniki peşə səviyyəsində aparılacaq.

Satınalmaların təşkili ixtisası üzrə 3 müəssisədə 80, qida emalı texnologiyaları ixtisası üzrə isə 3 müəssisədə 100 plan yeri nəzərdə tutulub. Hər iki ixtisas yüksək texniki peşə səviyyəsinə aiddir.

İstixana operatoru ixtisası üzrə 2 müəssisədə 40 plan yeri, çörək ustası ixtisası üzrə isə 1 müəssisədə 20 plan yeri ayrılıb. Bu ixtisaslardan istixana operatoru texniki peşə, çörək ustası isə ilk peşə təhsili səviyyəsində tədris olunacaq.

Yeni ixtisasların yaradılmasında əsas məqsəd əmək bazarında yaranan yeni tələblərə cavab vermək, müasir texnologiyalara uyğun bacarıqlara malik

TƏCİLİ! Rusiyaya dəhşətli zərbələr endirilir -Xeyli sayda yaralı var
Son xəbərlərDaha çox