Azedu.az

Peşə təhsilində qadınların payı son 3 ildə rekord həddə yüksəldi

Peşə təhsili

23 İyul 2026, 11:27
Peşə təhsilində qadınların payı son 3 ildə rekord həddə yüksəldi

"Peşə təhsilində qadınların payı 40 faizə yüksəlib"

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 2025-ci ildə peşə təhsili müəssisələrinə qəbul olunanlar arasında qadınların payı 40 faiz təşkil edib. Ötən il peşə təhsili müəssisələrinə ümumilikdə 10 min 488 qadın qəbul olunub.

İlqar Bayramlı bildirib ki, qadınlar 127 müxtəlif ixtisas üzrə peşə təhsilinə qəbul olunublar. Onlardan 40 ixtisas üzrə qəbul olunanlar arasında qadınların payı 50 faizdən çox olub.

Direktor qeyd edib ki, son illərdə qadınların peşə təhsilində iştirak göstəricisi artıb. Belə ki, 2022-ci ildə qəbul olunanlar arasında qadınların payı 32 faiz olduğu halda, 2025-ci ildə bu göstərici 40 faizə yüksəlib.

Məlumata görə, dayə ixtisası üzrə qəbul olunanların 100 faizini qadınlar təşkil edib. Qadınların üstünlük təşkil etdiyi digər ixtisaslar sırasında laborant-mikrobioloq (91,9 faiz), moda dizaynı (91 faiz), geyim üzrə dizayner (90,5 faiz), saç kəsimi/gözəllik (89,8 faiz), qənnadçı və şirniyyatçı (88,6 faiz) ixtisasları da yer alıb.

TƏCİLİ! Rusiyaya dəhşətli zərbələr endirilir -Xeyli sayda yaralı var
Son xəbərlərDaha çox