Azedu.az

Tələbələr üçün 1000-dək yataqxana yeri ayrılıb

Peşə təhsili

23 İyul 2026, 11:36
Tələbələr üçün 1000-dək yataqxana yeri ayrılıb

"8 peşə təhsili müəssisəsində 1000-dək yataqxana yeri mövcuddur".

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda 8 peşə təhsili müəssisəsində tələbələrin istifadəsi üçün yataqxanalar fəaliyyət göstərir və ümumilikdə 1000-dək yataqxana yeri mövcuddur.

İlqar Bayramlı bildirib ki, Bərdə Dövlət Peşə Təhsil Mərkəzində iki yataqxana binası üzrə 192, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində bir bina üzrə 128, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində isə 80 yataqxana yeri tələbələrin istifadəsinə verilib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 136, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 174, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində 54 yataqxana yeri mövcuddur.

Bundan əlavə, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində 80, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində isə 87 yataqxana yeri tələbələrin istifadəsinə ayrılıb.

Direktorun sözlərinə görə, yataqxanalarda aylıq ödəniş məbləği 30 manatdan 200 manatadək dəyişir. Ən aşağı aylıq ödəniş Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində 30 manat, ən yüksək ödəniş isə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 200 manat təşkil edir.

TƏCİLİ! Rusiyaya dəhşətli zərbələr endirilir -Xeyli sayda yaralı var
Son xəbərlərDaha çox