Azedu.az

Peşə təhsili alan 90 məzun ali məktəbə qəbul olub

Peşə təhsili

28 Avqust 2026, 10:36
Peşə təhsili alan 90 məzun ali məktəbə qəbul olub

Yüksək texniki peşə təhsilini başa vuran 90 məzun ali məktəbə qəbulun I mərhələsində uğur qazanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, məzunların seçdiyi universitetlər arasında Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Xəzər Universiteti yer alır.

Seçilən ixtisas istiqamətləri isə turizm, baytarlıq, memarlıq, mühasibat uçotu, nəqliyyat mühəndisliyi, interyer dizayn, mehmanxana və restoran işi və digər sahələri əhatə edir.

Rusiya Bakıya hədə-qorxu gəldi - Hazırlaşın, sizə də...
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox