ABŞ-də gənclər arasında ənənəvi dördillik universitet təhsili əvəzinə peşə və texniki istiqamətlərə maraq artır.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə getdikcə daha çox gənc ali təhsil almaq əvəzinə elektrik, qaynaqçılıq, dülgərlik, santexnika və digər peşələr üzrə təhsil almağa üstünlük verir.
Məlumata görə, peşə proqramlarına qəbul 2020-ci ildən etibarən təxminən 20 faiz artıb. Eyni zamanda, ABŞ-də ali məktəblərə qəbulun qarşıdakı 15 il ərzində 13 faiz azalacağı proqnozlaşdırılır.
Gənclərin seçimində əsas amillərdən biri universitet təhsilinin yüksək maliyyə yüküdür. Tələbə kreditləri və təhsil haqları fonunda daha qısa müddətdə peşə əldə etmək və əmək bazarına daxil olmaq bir çoxları üçün daha cəlbedici görünür.
Digər tərəfdən, bəzi peşələrdə əməkhaqqının kifayət qədər yüksək olması da bu istiqamətə marağı artırır. Xüsusilə süni intellektin ofis və digər ağyaxalı peşələrə təsirinin artması gənclərin karyera seçimlərinə də təsir göstərir.