Azedu.az

Saatlı Peşə Liseyində yeni təyinat olub

Peşə təhsili

20 Avqust 2026, 16:56
Saatlı Peşə Liseyində yeni təyinat olub

Pünhan Əlizadə Saatlı Peşə Liseyində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

AzEdu.az xəbər verir ki, bu barədə  Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Pünhan Əlizadə 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat-informatika” ixtisası üzrə bakalavriat səviyyəsini bitirib.

Əmək fəaliyyətinə 2002-ci ildə Saatlı rayonu M.Əzizbəyov adına 2 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. 2006–2007-ci illərdə Saatlı Rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışıb.

2014–2020-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı Rayon Təhsil Şöbəsində məsləhətçi, 2020–2021-ci illərdə Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunda məsləhətçi vəzifəsində fəaliyyət göstərib.

2022-ci ildən 2024-cü ilədək Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun metodik kabinetinin müdiri vəzifəsində çalışıb.

6 yanvar 2025-ci ildən Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu Nabatkənd kəndi İ.Ağayev adına tam orta məktəbində müəllim kimi fəaliyyət göstərir.

19 avqust 2026-cı il tarixindən Saatlı Peşə Liseyində tərbiyə işləri üzrə direktor müavini təyin olunub.

İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox