Azedu.az

Dövlət qulluğuna qəbul imtahanları keçiriləcək

Dövlət qulluğu

22 Sentyabr 2026, 11:16
Dövlət qulluğuna qəbul imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 24 sentyabr 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqrupu və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid  BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

AzEdu.az xəbər verir ki, imtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.

İmtahanlara qeydiyyat 2026-cı il avqustun 20-dən sentyabrın 9-dək aparılıb və bu müddət ərzində 1753 namizəd ərizə təqdim edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytına daxil olaraq  "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsi ilə əldə edə bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq. İmtahanların keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 20 zal admini, 117 nəzarətçi və 18 buraxılış rejimi əməkdaşı ayrılıb.

Putin üçün əsl cəhənnəm başlayır - Sərhəddə yeni müharibə
Son xəbərlərDaha çox