"Peşə təhsilində illik təhsil haqları 500 manatdan başlayır".
AzEdu.az xəbər verir ki, bu sözləri Peşə Təhsil üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
"İlk peşə təhsili səviyyəsində ənənəvi proqramlar üzrə illik təhsil haqqı 500-800 manat arasında dəyişir.
Texniki peşə təhsili səviyyəsində ənənəvi proqramlar üzrə illik təhsil haqları 500 manatdan 1 700 manatadək, yüksək texniki peşə təhsili səviyyəsində isə 1 280-2 710 manat aralığında müəyyənləşdirilib.
Sənaye tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən sertifikat proqramları üzrə də ayrıca təhsil haqları mövcuddur. Belə proqramlarda illik təhsil haqqı 2 500 manatdan 6 500 manatadək dəyişir".
İlqar Bayramlı vurğulayıb ki, tərəfdaş təşkilatlarla əməkdaşlıq əsasında 3 peşə təhsili müəssisəsində 7 sertifikat proqramı təqdim olunur.